Qadin.NET / İnsanları xilas edəcək robot yaradıldı

İnsanları xilas edəcək robot yaradıldı

İnsanları xilas edəcək robot yaradıldı
Elm adamları dağlıq ərazilərdə təhlükə ilə üzləşən insanları xilas etmək üçün müxtəlif layihələr üzərində işləyir. 7 univeristet və iki şirkətin elm adamları bir araya gələrək, ekstremal vəziyyətlərdə insanlara ilkin yardım göstərə biləcək robotlar hazırlayıb.

Milli.Az Atv.Az-a istinadən bildirir ki, 3 il ərzində hazırlanan robotlar ən çətin şəraitdə belə insanlara kömək etmək gücündədir. Müxtəlif formalı cihaz və 30 kq ağırlığındakı helikopterlərin yük götürmə, avtomatik idarə olunma xüsusiyyətləri var. Ən müasir sistemlərlə təchiz edilən robotlar dağlıq  ərazilərdə səyahətə çıxan insanları müşahidə edə, onların hərəkət trayektoriyasını yadda saxlaya bilər. Cihazlar alpinistlərə qar uçqunu zamanı ilkin yardım göstərmək iqtidarındadır.

Məlumata görə, son illər dağlıq bölgələrdə itkin düşən şəxslərin sayında artım müşahidə olunur. Naməlum səbəbdən hər il onlarla insan dağlıq bölgələrdə itkin düşür. Alimlər oxşar vəziyyətdə həmin insanları izləyə, itkin düşən şəxslərin yerini qısa müddət ərzində müəyyən etmək iqtidarında olan bu müasir cihazların işinə çox güvənir.

 

Mənbə: Milli.Az

24 may 2016
GO BACK