Qadin.NET / Yıldırım Qafqazdakı qeyri-sabit vəziyyətdən danışdı

Yıldırım Qafqazdakı qeyri-sabit vəziyyətdən danışdı

 

Yıldırım Qafqazdakı qeyri-sabit vəziyyətdən danışdı

Türkiyənin yeni baş naziri Binali Yıldırım Cənubi Qafqaz regionundakı qeyri-sabit vəziyyət barədə danışıb. ANS PRESS-in məlumatına görə, Yıldırım deyib ki, Ankara Qafqazdakı qeyri-sabit vəziyyəti şəxsi problemi kimi qəbul edir.

 

Nazir Türkiyənin də problemlərinin olduğunu deyib.Yıldırım bu problemlər arasında Avropa Birliyi ilə münasibətlərin də adını çəkib. Yeni hökumət rəhbəri Türkiyənin dünya dövlətləri içərisində daha çox dostunun olacağını bildirib.

O deyib ki, Türkiyə terrorçuluqla mübarizəni davam etdirəcək. “Bu, problemi həll edəcəyik. Bizim çox sıx gündəliyimiz var”.  

Binali Yıldırım mayın 20-də Ədalət və İnkişaf Partiyasının (AKP) Mərkəzi Qərar və İdarəetmə Şurasının iclasında Türkiyənin yeni baş naziri seçilib. Bundan əvvəl baş nazir vəzifəsini Əhməd Davudoğlu icra edib. Davudoğlu mayın 5-də istefa verdiyini elan edib. 

Daha sonra baş nazir postuna namizəd kimi 4 nəfərin adı çəkilirdi. Onlar Ərdoğanın kürəkəni, enerji və təbii sərvətlər naziri Berat Albayrak, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım, ədliyyə naziri Bəkir Bozdağ və hökumətin sözçüsü Numan Kurtulmuş idilər. Amma dənizçilik və kommunikasiya naziri Binali Yıldırım Türkiyənin 65-ci hökumətinin rəhbəri seçildi.Bu gün o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdükdən sonra hökumətin yeni tərkibini elan edib. 

Mənbə: ANS PRESS

24 may 2016
GO BACK