Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Moskva terrorla mübarizə yolunda ən sıx beynəlxalq qarşılıqlı əməkdaşlığa hazırdır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə V.Putinin Qroznı şəhərində keçirilən Təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək nümayəndələrinin 7-ci beynəlxalq görüş üçün açıqlamasında deyilir.
Rusiya dövlət başçısı bəyan edib ki, Kreml terrorizmlə mübarizədə bütün istiqamətlər üzrə - həm ikitərəfli, həm çoxtərəfli formatlarda, əməkdaşlığa hazırdır.
V.Putin deyib ki, görüşdə 75 ölkənin və BMT-nin nümayəndə heyətinin iştirakı sübüt edir ki, beynəlxalq ictimaiyyət partnyorluğun möhkəmlənməsi və global təhdidlərə müqavimət yolunda mübarizədə ciddi yanaşma nümayiş etdirir.
Mənbə: Milli.Az