Qadin.NET / Rusiya meşə yanğınlarıyla mübarizə aparır

Rusiya meşə yanğınlarıyla mübarizə aparır

Rusiya meşə yanğınlarıyla mübarizə aparır
Rusiyada meşə yanğınları son sutka ərzində 15 min hektar meşə sahəsini məhv edib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yanğınların söndürülməsinə 5 500-dək canlı qüvvə, 838 ədəd texnika və 26 təyyarə cəlb olunub.

Ötən gün Rusiya ərazisində 77,7  min hektardan çox sahəni əhatə edən 128 meşə yanğını qeydə alınıb. Sutka ərzində ölkədə 13,3 min hektar ərazini əhatə edən 131 meşə yanğını söndürülüb. Yanğınlardan ən çox Amur vilayəti,Zabaykalye bölgəsi və Buryatiya zərər çəkib.

Mənbə: ANS PRESS

 

24 may 2016
GO BACK