Kamera-teplovizor əsasən sutkanın qaranlıq vaxtında iş üçün nəzərdə tutulub. Bununla yanaşı cihaz həm də səs yazılarını qeydə alır.
Araam Ediqaryan deyir ki, artıq bu cihaz Ermənistanın Müdafiə Nazirliyinin diqqətini çəkib. Ermənistan tərəfi bir neçə dəfə cəbhə xəttinə xüsusi müşahidə cihazlarının yerləşdirilməsi ilə bağlı təklif irəli sürüb. İddiaya görə, cəbhə xəttinə yerləşdirilən cihazlar atəşin istiqamətini təyin etməlidir. Bu məsələ Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Fransa səfəri zamanı da müzakirə edib. Erməni mətbuatı iddia edir ki, Fransa Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin pozulmasının qeydə alınması üçün mexanizm yerləşdirilməsi ilə bağlı təkliflə çıxış edib. Fransa cəbhə xəttində cihazların yerləşdirilməsini öz üzərinə götürməyə söz verib.Bütün bunlara baxmayaraq, yəqin ki, Ermənistanın Müdafiə Nazirliyi şirkətin hazırladığı cihazı münaqişə bölgəsinə yerləşdirməyi müzakirə etməklə sülh prosesini yenə də uzatmağa çalışır. Çünki Azərbaycan tərəfi dəfələrlə bu təklifi rədd edib.
Mənbə: ANS PRESS