Qadin.NET / Lui Van Qal "Mançester Yunayted" ilə vidalaşdı

Lui Van Qal "Mançester Yunayted" ilə vidalaşdı

Lui Van Qal "Mançester Yunayted" ilə vidalaşdı
Klubun baş məşqçisi postunu tərk edib. "Mançester Yunayted" rəhbərliyi Lui Van Qalın istefaya getdiyi xəbərini təsdiq edib.

ANS PRESS-in məlumatına görə, "Mançester Yunaysted"in baş məşqçisi Lui Van Qal tutduğu vəzifəsindən uzaqlaşdırılıb. Klubun vitse-prezidenti Ed Vudvord hollandiyalı məşqçiyə təşəkkürünü bildirib. "Unutmayaq ki, bu iki il ərzində Van Qal və onun komandası peşəkarlıqla çalışıb. Bu müddət ərzində "MY" 12-ci dəfə Premyer Liqanın qalibi olub. Klub Luiyə gələcək işlərində uğurlar arzulayır." - deyən vitse-prezident fikrini yekunlaşdırıb.

Lui Van Qal isə KİV-ə müraciətində bildirib ki, "MY" kimi uğurlu kluba baş məşqçilik etmək onun üçün şərəf idi. Karyerası boyu 20-dən artıq mükafata layiq görülən məşqçi İngiltərə kubokunun onlar arasında xüsusi dəyərə sahib olduğunu deyib. "Təəssüf edirəm ki, öz 3 illik planımı həyata keçirmək nəsib olmadı. Amma komanda üçün görülən işlərin bünövrə kimi gələcəkdə çox effektli olacağına ümid edirəm." - deyən Lui Van Qal hər kəsə minnətdarlığını çatdırıb. Lui Van Qal baş məşqçilik karyerasına 1986-cı ildə "Ayaks"ın baş məşqçi köməkçisi kimi başlayıb. 1991-ci ildə baş məşqçi vəzifəsinə gətirilib. 1997-ci ilə qədər davam edən "Ayaks" baş məşqçiliyində bir sıra müvəffəqiyyətlər əldə edib. 1992-ci ildə UEFA Kubokunu qazanıb . 1994, 1995 və 1996-cı illərdəHollandiya çempionatını, 1993-cü ildə Hollandiya Kubokunu, 1994, 1995 və 1996-cı illərdə Hollandiya Super Kubokunu qazanıb.

Məşhur baş məşqçi Hollandiyada keçirdiyi uğurlu illərdən sonra "Bavariya" ilə razılaşıb. O burada Bundesliqa və Almaniya kubokunu qazanıb, Çempionlar liqasında final oynayıb. Daha sonra Hollandiya milli futbol komandası ilə razılaşan Lui van Qal 2014 Dünya kubokunda üçüncülük əldə edib. Milli komanda ilə ayrılacağını bildirdikdən sonra isə "Mançester Yunayted" ilə razılaşıb.

Mənbə: ANS PRESS

24 may 2016
GO BACK