Qadin.NET / Dolu gədəbəylilərin milyonunu batırır

Dolu gədəbəylilərin milyonunu batırır

 

Dolu gədəbəylilərin milyonunu batırır

Dolu Tovuz və Gədəbəydə fəsadlar törədib.

 

Kəpəz TV (Region TV) xəbər verir ki, saat 17 radələrindən başlayaraq güclü külək və yağışla müşahidə edilən hava şəraiti Tovuzun bəzi kəndlərində fəsadlar törədib. Yağışın ardından yağan dolu nəticəsində Kirən, Köhnə Qala, Böyük Qışlaq və bir sıra kəndlərdə təsərrüfat sahələrinə ziyan dəyib. Daha çox kartof sahələri yararsız hala düşüb. 

Gədəbəydə də kartof sahələrinə güclü külək və qasırğa nəticəsində xeyli ziyan dəyib. Külək rayonda yerləşən Avtomobil Məktəbinin dam örütüyünü uçurub. Elektrik naqillərinə qismən ziyan dəyib. Hər iki rayonda dəymiş ziyanın miqdarı hesablanır.

Mənbə: Milli.Az

23 may 2016
GO BACK