Türkiyə milli komandası tarixində ilkə imza atıb. ANS PRESS-in məlumatına görə, yığmanın və “Bayer Leverkuzen” klubunun yarımmüdafiəçisi Hakan Çalhanoğlu İngiltərə yığmasının qapısına qol vurmağı bacarıb. Bu, ötən gün Londondakı "Emirates" stadionunda keçirilmiş yoldaşlıq matçında baş tutub.İngiltərə yığması Türkiyə millisini qəbul edib. Hər iki komanda Fransada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Qarşılaşmada hesabı İngiltərə çempionatının bombardiri "Tottenhem" klubunun hücumçusu Hari Keyn açıb. İngilis futbolçu qolu oyundan kənar vəziyətdə vurub. Lakin oyunun baş hakimi qayda pozuntusunu görməyib.
Türkiyə millisinin baş məşqçisi Fatih Terim bu zaman ehtiyat hakimə epizodun videogörüntüsünü telefonunda göstərib. Lakin qərar dəyişməyib. Türklər hesabı tarazlayandan sonra bir neçə dəfə də qol vurmaq şansını əldən veriblər. Meydan sahiblərinin qələbə topunu "Lester"lə ölkə çempionluğu qazanmışCeymi Vardi 83-cü dəqiqədə vurub.Türkiyə yığması İngiltərə yığması ilə 11 dəfə qarşılaşıb. Qardaş ölkənin millisi ingilislərə bu vaxta qədər qalib gələ bilməyib. Ötən gün isə türklər ilk dəfə ingilislərin qapısına qol vuraraq tarix yazıblar.
Mənbə: ANS PRESS