"Bu kitabda bütün qəzəb Moskvanın üzərinə tökülür. Kitabda cani rolunda Rusiya prezidenti Vladimir Putin təcəssüm etdirilir. Onun strateji planları - mülki obyektlərin bombalanmasıdır. Guya Putin bunun köməyi ilə Türkiyəyə qaçqınların axınını artırmaq istəyir. Nəticədə isə bu, Avropa Birliyinə təzyiq vasitəsi kimi istifadə ediləcək".Şaşank Djoşin kitab müəllifinin 2017-ci ildə Rusiya və NATO-nun müharibə ssenarisini yazdığını deyib. Ümumilikdə, bir neçə ildir ki, NATO və Rusiya arasında gərgin münasibətlər hökm sürür. NATO Rusiya ilə Suriya, Ukrayna və digər münaqişə zonalarında üz-üzə gəlir. Bu səbəbdən tərəflər öz mövqelərini artırmağa cəhddə davam edirlər. Həmçinin Rusiya və NATO bir-biri ilə silahlanma yarışına girib.
Bir müddət əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, rəsmi Moskva NATO-nun sərhədlərinə yaxınlaşmasına qarşı 3 yeni hərbi diviziya yaratmağı planlaşdırır. Yeni bölüklərin ikisi Rusiyanın qərb sərhədlərində, biri isə cənub sərhədlərində qurulacaq. Hərbi bölüklərin bu ilin sonuna kimi yaradılması nəzərdə tutulur. Bölüklərin hər birində 10 min əsgər olacaq və bölüklər avtomatik silahlarla təchiz olunacaq.
Buna cavab olaraq NATO-nun baş katibi Yens Stoltenberq təşkilatın şərq sərhədlərində batalyonların yerləşdirilməsini təklif edilib.
Mənbə: ANS PRESS