Qadin.NET / Türkiyənin yeni baş naziri bəlli oldu

Türkiyənin yeni baş naziri bəlli oldu

Türkiyənin yeni baş naziri bəlli oldu
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fövqəladə qurultayında partiyanın yeni sədri seçilib. ANS PRESS-in məlumatına görə, qurultay Bakı vaxtı ilə 11:00 “Ankara Arena”da başlayıb və səsvermə nəticəsində sədr postuna yeganə namizəd olan Binali Yıldırım AKP-nin yeni sədri seçilib. O,Rəcəb Tayyib Ərdoğan və Əhməd Davudoğludan sonra partiyanın üçüncü sədri olub.

 Yeni sədr B.Yıldırım idman arenasına saat 11:30-da daxil olaraq öz yerini tutub. Namizəd partiya üzvlərini “Ərdoğan mahnısı” ilə salamlayıb.

Qurultaya 6 min adam dəvət olunub. Qurultayda hazırkı baş nazir Əhməd Davudoğlu da çıxış edib.

Daha sonra səsvermə baş tutub və prosesdə 1470 nəfər nümayəndə səs verib.

Mənbə: ANS PRESS

23 may 2016
GO BACK