Turnirdə iki dəfə eyni ölkə ilə qarşılaşan komanda nadir hallarda ikisində də qalib gəlir. Lakin Finlandiya yığması bu adət-ənəni poza bilərdi. Çünki finlilər çempionatın qrup mərhələsində kanadalıları 4:0 hesabı ilə darmadağın edib. Lakin çempionatın vacib qarşılaşmasında finlandiyalı xokkeyçilər oyuna uğursuz başlayıb. Qarşılaşmanın 12-ci dəqiqəsində Konnor Makdevid fərqlənib.
O, Mikki Koskinanın məhsuldar ötürməsindən sonra qapıçını aldadaraq şaybanı qapıya ötürüb. Daha sonra kanadalılar oyunun gediş xəttini ələ keçiriblər. Finlandiya yığmasının matçda cəmi 1 dəfə qol vurmaq şansı olub. Lakin ikinci hissənin sonunda Yarno Koskiranta yaxın məsafədən şaybanı boş qapıya vura bilməyib. Final fitindən bir neçə saniyə əvvəl kanadalılar fərqi ikiyə çatdırıb. Nəticədə Kanada yığması dünya çempionatının kubokunu başı üzərinə qaldırıb.
Mənbə: ANS PRESS