Qadin.NET / Suriyada törədilən terror aktlarında 100 nəfər həlak oldu

Suriyada törədilən terror aktlarında 100 nəfər həlak oldu

Suriyada törədilən terror aktlarında 100 nəfər həlak oldu
Suriyada baş verən silsilə terror aktları nəticəsində azı 100 nəfər həlak olub. ANS PRESS-in məlumatına görə, hadisə Suriyanın iki şəhərində Cobla Tartusda, Rusiya hərbi bazalarının yaxınlığında törədilib.

Tartusda avtovağzalın yanında minalanmış avtomobil partlayıb. Bundan başqa, iki döyüşçü də vağzal yaxınlığında özünü partladıb. 

Cobla şəhərində də bir neçə partlayış qeydə alınıb. Suriyanın dövlət KİV-lərinin verdiyi məlumata görə, partlayış əsasən izdiham yaşanan yerlərdə - avtobus dayanacağı və xəstəxanalarda törədilib. 

Məlumata görə, silsiləli partlayışların hələlik iki kamikadze tərəfindən törədildiyi  dəqiqdir. Onlardan biri piyada, digəri isə avtomobildə özünü partladıb.

 

Mənbə: ANS PRESS

23 may 2016
GO BACK