İstanbulun Atatürk Beynəlxalq hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.Sammitə BMT-nin baş katibi Pan Gi Munla yanaşı dünyanın bir çox nüfuzlu şəxsləri dəvət olunub.
Prezident İlham Əliyevin Türkiyəyə sonuncu səfəri aprelin 13-də olub. Həmin səfər zamanı prezident İslam Əməkdaşlıq Təşkilatının iclasında iştirak edib.
İlham Əliyev bu il üçün Türkiyəyə ən yadda qalan səfəri isə martın 15-də olub. Həmin vaxt Türkiyədə güclü partlayışlar baş verdiyindən Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün Bakıya gələ bilməmişdi. İclasın ilk olaraq fevral ayında Gəncədə keçirilməsi nəzərdə tutulmuşdu. Lakin qatı dumanlı hava şəraiti ilə bağlı toplantının yeri dəyişdirildi və Bakıya təyin edildi.
Mənbə: ANS PRESS