Qadin.NET / "Barselona" "qızıl dubl"a imza atdı

"Barselona" "qızıl dubl"a imza atdı

"Barselona" "qızıl dubl"a imza atdı
"Barselona" İspaniya kubokunun qalibi olub. ANS PRESS-in məlumatına görə, ötən gecə final oyunu keçirilib. Həlledici oyunda “Barselona” və "Sevilya" üz-üzə gəlib.

Qarşlışmanın ilk hissəsi “Barselona”nın yarımmüdafiəçisi Maskeranonun meydandan qovulması ilə yadda qaldı. Oyunun əsas vaxtı qolsuz heç heçə ilə bitib. Matça əlavə olunmuş ilk hissəsində “Barselona”nın müdafiəçisi Xordi Alba Lionel Messinin məhsuldar ötürməsindən sonra hesabı açıb. “Sevilya” məğlub durumda irəli atılıb. Lakin Avroliqanın sonuncu qalibinin bütün səylərinə baxmayaraq katalonların qapısından qol keçirdə bilməyiblər.  Final oyunun sonuncu dəqiqələrində isə Neymar öz sözünü deyərək baxımlı qol vurub.Luis Enrikenin komandası Kral kubokunu qazanaraq "qızıl dubl"a imza atıb. "Barsa" ümumilikdə 28 dəfə Kral kubokunu qazanıb. "Barselona" bu mövsüm La Liqanın, "Sevilya" isə Avropa Liqasının qalibi olub.

 "Barselona" - "Sevilya" - 2:0
Qollar: Xordi Alba, 97, Neymar, 120+2
Qırımızı vərəqələr: Maskerano, 36 ("Barselona"), Baneqa, 90+2 ("Sevilya"), Karriko, 120+1 ("Sevilya")

Mənbə: ANS PRESS

23 may 2016
GO BACK