Qadin.NET / Kann Kinofestivalının qalibi bəlli olub

Kann Kinofestivalının qalibi bəlli olub

Kann Kinofestivalının qalibi bəlli olub
69-СЃu Kann Film festivalının qalibi bəlli olub. 2 həftə davam edən kinomarafonun sonunda ən yaxşı ekran əsəri Ken Louçun "Mən, Deniel Bleyk" filmi seçilib.

ANS PRESS-in məlumatına görə, kino festivalın münsif heyəti bütün günü məşvərət etdikdən sonra ötən gün tədbirin qalibin elan edib. Avropanın ən böyük film tədbirlərindən olan Kann Kino festivalının qalibi britaniyalı Ken Louçun filmi seçilib. Film xadiminə "Mən, Deniel Bleyk" filminə görə "Qızıl palma mükafatı" təqdim olunub.

Qalib olmuş filmin baş qəhrəmanı Deniel Bleyk yaşlı dənizçidir. Ürəyində xəstəlik aşkar edildikdən sonra həkimlər ona işləməyə icazə vermir. Üstəlik dövlətdən aldığı sosial yardımdan məhrum qalan qoca haqqında çəkilmiş film festival jürisinin rəğbətini qazanıb. Film sosial dram janrında lentə alınıb.Kann kinofestivalı dünyanın ən məşhur kinofestivallarından biridir. Fransanın cənubunda olan Kann şəhərində təşkil edilir. Əsas mükafatı Qızıl Palma Budağıdır. Kann kinofestivalı  1946-cı ildən bu yana hər il may ayında keçirilir. Festival Avropadakı ən əhəmiyyətli 3 əsas film festivalından biridir.

Kann Film Festivalında hər il təxminən 20 film yarışır. Bu filmlər juri başçısı və juri üzvləri tərəfindən təltif olunur. Kann Film Festivalında verilən mükafatlar Qızıl Palma Budağı, Qran-pri, Qızıl Kamera, Jüri mükafatıdır.

Mənbə: ANS PRESS

23 may 2016
GO BACK