Qadin.NET / Yeni Avstriya prezidenti birazdan məlum olacaq

Yeni Avstriya prezidenti birazdan məlum olacaq

Yeni Avstriya prezidenti birazdan məlum olacaq
Avstriyada prezident seçkiləri başa çatıb. İlkin nəticələrin təhlilinə görə, Van der Bellen böyük şəhərlərdə daha çox səs toplayıb.

ANS PRESS-in məlumatına görə, İkinci dünya müharibəsindən sonra ilk dəfə olaraq, Avstriyada Sosial Demokrat və Xalq partiyaları kimi aparıcı siyasi təşkilatlar prezident seçkilərinin həlledici mərhələsində təmsil olunmayıb. Sosial Demokratların gözlənilməz məğlubiyyətindən sonra Avstriya kansleriVerner Faymann istefa verməli olub.Avstriyada keçirilən  prezident seçkilərinin 2-ci turunda qatı-sağçı Norbert Hofer səs sayına görə rəqibi müstəqil namizəd Aleksandr Vander Belendən cüzi səs üstünlüyü ilə önə çıxıb. İki ayrı ekzitpol nəticələrinə görə, İkinci dünya müharibəsindən sonra ilk dəfə olaraq dövlətin başına ultra-millətçi siyasətçi gələ bilər. Hər iki namizəd 50 faizə yaxın səs topladığından, qalibin kimliyi yalnız bütün səslərin hesablanmasından sonra bəlli olacaq.

Seçkilərin birinci turunda mərkəzçi partiyalardan olan namizədlər məğlub olub. Nə Hofer, nə də Vander Belen mütləq üstünlük əldə edə bilmədiyindən, ikinci tur təyin olunub. Seçki kampaniyası dövründə ən çox danışılan məsələ Avropa Miqrant böhranı olub. Təkcə ötən il  90 minə yaxın miqrant sığınacaq üçün Avstriya hökümətinə ərizə göndərib. Bu Avstriya əhalisinin 1 faizinə yaxındır. Prezident seçilməyə yaxın olan Hoferin Azadlıq partiyası  miqrasiya siyasətinin sərtləşdirilməsi üçün kampaniya aparır.

Prezidentlik Avstriyada simvolik vəzifə sayılsa da, Hoferin qələbəsi Azadlıq partiyasının 2018-ci ilin parlament seçkilərində uğuru üçün irəli atılmış addım kimi qiymətləndirilir.

Mənbə: ANS PRESS

23 may 2016
GO BACK