Qadin.NET / Həftənin ilk günü neft ucuzlaşıb

Həftənin ilk günü neft ucuzlaşıb

 Həftənin ilk günü neft ucuzlaşıb
Neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan nefti hal-hazırda bazarda qiymət liderliyini qorumağa davam edir. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, "Brent" markalı neftin qiyməti azalıb. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin qiyməti azalaraq 48.54 dollara düşüb. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin də qiyməti mənfi yöndə dəyişib - 48.16 dollar olub. "AzəriLayt" markalı neft qiymətdə ucuzlaşsa da, halhazırda rəqiblərindən bir neçə dollar daha baha qiymətə - 50.40 dollara təklif olunur.

Mənbə: ANS PRESS

23 may 2016
GO BACK