Qadin.NET / "Yaşıl dəhliz" sistemindən istifadə qaydaları təsdiqləndi

"Yaşıl dəhliz" sistemindən istifadə qaydaları təsdiqləndi

 

"Yaşıl dəhliz" sistemindən istifadə qaydaları təsdiqləndi

Prezident İlham Əliyev “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə qaydaları”nı təsdiqləyib. Dövlət başçısı bu barədə fərman imzalayıb. 

 

Nazirlər Kabinetinə Gömrük Məcəlləsinin, digər qanunların və prezidentin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb prezidentə təqdim etmək, normativ hüquqi aktları bu fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib prezidentə məlumat vermək tapşırılıb.

Fərmanla təsdiq edilmiş qaydalarda nəzərdə tutulan buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastrukturun yaradılması üçün maliyyələşmədə ayrılacaq.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir. 

Dövlət Gömrük Komitəsi isə fərmanla təsdiq edilmiş qaydalarda nəzərdə tutulan buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar iki ay müddətində müvafiq infrastrukturun yaradılması üçün tədbirlər görəcək.

Bu fərmanla təsdiq edilmiş qaydalar 2016-cı il avqustun 1-dən qüvvəyə minir.

Mənbə: ANS PRESS

22 may 2016
GO BACK