Məlumata görə, futbolçunun Avropa çempionatında iştirakı da sual altındadır. Götzenin zədəsinin 1 həftə ərzində sağalacağı güman olunur. Lakin almaniyalının formasını tam bərpa etməsi bir neçə ay vaxt apara bilər. 23 yaşlı futbolçu cari mövsümdə 21 oyuna çıxıb. O, 6 dəfə qol vurub və 4 dəfə də məhsuldar ötürmə edib.
Almaniya yığmasının və “Bavariya” klubunun ulduz futbolçusu Mario Götzenin qabırğası sınıb. ANS PRESS-in məlumatına görə, futbolçu Almaniya kubokunun finalında "Borussiya Dortmund" ilə qarşılaşmanı buraxmalı olacaq. Bu barədə klubun rəsmi tvitter səhifəsi məlumat yayıb.
Məlumata görə, futbolçunun Avropa çempionatında iştirakı da sual altındadır. Götzenin zədəsinin 1 həftə ərzində sağalacağı güman olunur. Lakin almaniyalının formasını tam bərpa etməsi bir neçə ay vaxt apara bilər. 23 yaşlı futbolçu cari mövsümdə 21 oyuna çıxıb. O, 6 dəfə qol vurub və 4 dəfə də məhsuldar ötürmə edib.Tuncay Türbəndəzadə
Mənbə: ANS PRESS