Qadin.NET / Rusiya Ermənistanın hörmətsizliyini cavabsız qoymadı

Rusiya Ermənistanın hörmətsizliyini cavabsız qoymadı

Rusiya Ermənistanın hörmətsizliyini cavabsız qoymadı
Rusiya və Ermənistanın parlament komissiyalarının müdafiə və təhlükəsizlik üzrə iclasından sonra Dağlıq Qarabağla bağlı qalmaqal yaşanıb.

Milli.Az Azvision.Az-a istinadən bildirir ki, aprelin 15-də keçirilən iclasdan sonra tərəflər arasında birgə bəyanat verilməsi barədə razılıq əldə olunub.

Məlumata əsasən, iclas İrəvanda keçirilib. Ermənistan nümayəndələri yenə təxribata əl ataraq öz xeyirlərinə olan bəyanat hazırlayıblar. Ruslara təqdim edilən bəyanatın mətnində Azərbaycanın aprelin əvvəlinə Ermənistan ordusunun təxribatına qarşı həyata keçirdiyi əməliyyatların pislənməsi ilə bağlı bənd də olub. 

Ermənistanın "Aykakan jamanak" qəzeti iddia edir ki, Rusiya nümayəndə heyəti bəyanatı qəbul etməkdən imtina edib və mətni digər siyasi partiyalarla razılaşdırmaq üçün ermənilərdən vaxt istəyib. Lakin iclasdan 1 aydan çox vaxt keçməsinə baxmayaraq Rusiya nümayəndələri Ermənistan tərəfinə heç bir məlumat verməyiblər.

Qəzetin verdiyi məlumata görə, komissiya sədri Koryun Naapetyan rusiyalı həmkarına bəyanatın qəbul olunması ilə bağlı məktub belə göndərib. Ancaq məktub bu günə qədər cavabsız qalıb.

Rusiya nümayəndələrinin bu addımı Ermənistanda hiddətə səbəb olub. Onlar hesab edirlər ki, rəsmi Moskva Azərbaycana silah satır və onun mövqeyini dəstəkləyir.

 

Mənbə: Milli.Az

 

21 may 2016
GO BACK