Bu sözləri Axşam.Az-a açıqlamasında əməkdar artist Tünzalə Ağayeva deyib. Müğənni konsert öncəsi istirahət etməsindən danışıb:
"İstədim konsertdən əvvəl dincəlim. Bəxtimdən iki gün yağış yağdı. Cəmi bircə gün dincələ, günəş vannası qəbul edə bildim. Elə orada da dərim bu qədər qaraldı".
T.Ağayeva mayın 27-də "Yaşıl Teatr"da baş tutacaq konsertindən söz açıb:
"Konserti gəlib görmək lazımdır. Tamaşaçılar bilirlər ki, mənim konsertim necə keçəcək. İllərlə repertuarımda olan mahnıları sevənlərim üçün oxuyacam. Əlbəttə ki, sürprizlərim var. "Səs Azərbaycan"dakı tələbələrim də orada olacaqlar.
Hər il bir oyunun səfiriyəm. Hərdən səfirlərə zarafatla deyirəm ki, sizin həmkarınızam. Konsertimdə bu haqda da geniş danışacam".
Müğənni hər zaman formada qalmasından və çəkisindən bəhs edib:
"Sənətçi hər zaman formada olmalıdır. Mənim də problemim, ağrım olur. Amma bunu tamaşaçıya göstərmirəm, hər zaman gülümsəyirəm. İllərdir çəkim dəyişmir, 50 kiloqramam. Arada 48 kiloqrama da düşürəm. Bunu isə sağlam qidalanmaya borcluyam. Bütün nemətlərdən zövq alıb, yaşayıram. Heç nədən özümü məhrum etməmişəm. Hər şey yeyirəm, amma qədərində. Tərəvəzlər, yağsız ət, meyvələr yeyirəm".
Mənbə: Milli.Az