Milli.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, "Qarabağ" ardıcıl 3-cü dəfə ölkə çempionu adını qazanıb.
Elitanın sonuncu turunda AZAL-la (3:0) keçirilən matçdan sonra ağdamlılara çempionluq kuboku və qızıl medallar təqdim olunub. Bu məqamda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov alqışlanılası addım atıb. Belə ki, o, qızıl medalı fiziki qüsurlu "Qarabağ" azarkeşi olan Orxan Əliyevə hədiyyə verib.
Mənbə: Milli.Az