Qadin.NET / "Aprel döyüşlərində bir kəndi də itirmişik"

"Aprel döyüşlərində bir kəndi də itirmişik"

"Aprel döyüşlərində bir kəndi də itirmişik"
“Ermənistanın və "Dağlıq Qarabağın" təhlükəsizliyinə ən böyük təhdid əraziləri qaytarmağa hazır olan prezident Serj Sarkisyanın özüdür”.

ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, bunu Ermənistan parlamentinin "İrs" partiyasından olan deputatı Zarui Postancyandeyib. Onun sözlərinə görə, Sarkisyanın aprel döyüşlərində cəmi 800 hektar ərazi itirilməsi barədə bəyanatı hakimiyyətin bundan sonra da geri çəkilməyə hazır olmasından xəbər verir. 

Qadın deputatın sözlərinə görə, ərazilərin itirilməsi qondarma rejimin təhlükəsizliyini laxladıb. O həmçinin itirilən ərazilər arasında bir kəndində olduğunu deyib. 

Ermənistan tərəfinin rəsmi açıqlamalarında guya cəmi 800 hektar ərazini itirdikləri bildirilsə də, Azərbaycan tərəfdən azad edilən ərazilərin sahəsinin qəsdən azaldılması açıq-aydın görünür. Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, həqiqətdə Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçib.

Bir neçə gün öncə Dağlıq Qarabağın “müstəqilliyi” ilə bağlı layihə ermənistan parlamentinə göndərilib. Əvvəlcə Dağlıq Qarabağın “müstəqilliyinin” tanınması ilə bağlı qanun layihəsinin qəbul olunacağı bildirilsə də Ermənistan rəhbərliyi bunu təkzib edib

Layihə “İrs” partiyasından olan deputat Zarui Postancyan və eks-baş nazir, hazırda müxalif “Erməni Milli Konqresi”ndən seçilən deputat Qrant Baqratyan tərəfindən irəli sürülmüşdü. 

Mənbə: ANS PRESS

21 may 2016
GO BACK