Qadin.NET / "Qarabağ" çempionluq kubokuna qovuşdu

"Qarabağ" çempionluq kubokuna qovuşdu

"Qarabağ" çempionluq kubokuna qovuşdu
Bu mövsüm Azərbaycan Premyer Liqasının qalibi "Qarabağ” klubuna çempionluq kuboku və qızıl medallar təqdim olunub. ANS PRESS-in məlumatına görə, təltifetmə mərasimi "Azersun Arena”da reallaşıb.

AZAL-a qarşı keçirilən oyundan sonra "Qarabağ”a mükafatları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın baş katibi Elxan Məmmədov təqdim ediblər.

Ardıcıl 3-cü çempionluğunu bayram edən "Qarabağ” cari mövsümdə keçirdiyi oyunlarda 84 xal toplayıb. Elitanın sonuncu turunda  "Qarabağ" AZAL-ı 3:0 hesabı ilə məğlub edib.  Ağdamlılara çempionluq kuboku və qızıl medallar təqdim olunarkən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov alqışlanılası addım atıb. Qurbanov qızıl medalı fiziki qüsurlu "Qarabağ" azarkeşlərindən birinə  hədiyyə verib.

Mayın 25-də "Qarabağ” və "Neftçi” arasında Azərbaycan Kubokunun final görüşü keçiriləcək. Kubok uğrunda həlledici qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Görüşdə nominal meydan sahibi "Qarabağ” klubu olacaq. Bu klublar ötən il Azərbaycan kubokunun finalında qarşılaşıb. Ötən il Azərbaycan kubokunun qalibi finalda 3:1 hesabı ilə məğlub edən "Qarabağ" klubu olub. İndiyədək "Qarabağ"  7, "Neftçi" isə 8 dəfə Azərbaycan kubokunun finalına yüksəlib. "Neftçi" 6, "Qarabağ" isə 4 dəfə kuboku başı üzərinə qaldırıb.

Mənbə: ANS PRESS

21 may 2016
GO BACK