Qadin.NET / ABŞ-da Zika virusu daşıyıcıları artıb

ABŞ-da Zika virusu daşıyıcıları artıb

ABŞ-da Zika virusu daşıyıcıları artıb
Amerika Birləşmiş Ştatlarında 300-ə yaxın hamilə qadında Zika virusu aşkarlanıb.  Son statistika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin araşdırmaları əsasında hazırlanıb. Bu vaxta qədər qurum analizin nəticələri müsbət gəlmiş hamilə qadınların sayını gizli saxlayırdı.ANS PRESS-in məlumatına görə, statistikada ABŞ-ın ştatlarından  savayı materikdən kənarda olan əraziləri də nəzərə alınıb. Ştatlarda 157, kənar ərazilərdə, o cümlədən Puerto Riko, Quam və s. ərazilərdə ümumən 122 qadında  zika virusu aşkarlanıb.

Virus sarı ağcıqanadların sancması və cinsi yolla ötürülür. Zika virusunun simptomları yüngül qızdırma, baş və oynaq ağrıları konnüktivit və tez keçən səpkidir. Ən çox Braziliyada yayılmış Zika virusu əsasən ensafeliyaya -  yeni doğulan körpələrin  beyinlərinin natamam inkişafına və kəllə sümüyünün deformasiyasına səbəb olur.ABŞ prezidenti Barak Obama ölkədə Zika virusuna qarşı effektiv mübarizə aparmağa imkan verəcək tədbirlər paketinin qəbul olunması üçün Konqresə təzyiq göstərir. Konqresin “çevik reaksiya” göstərməsini vacib sayan Ağ Ev rəhbəri tədqiqatçıların peyvənd hazırlaması, ştatların isə ağcaqanadlara qarşı profilaktik tədbirləri gücləndirməsi üçün müəyyən vaxta ehtiyac olduğunu vurğulayıb.

Nümayəndələr palatasına artıq kiçik büdcəli qanun layihəsi təqdim olunsa da, Obama ona veto qoyacağını xəbərdar edib. ABŞ liderinin təklif etdiyi proqramın büdcəsi 1.1 milyarda yaxındır.

Mənbə: ANS PRESS

21 may 2016
GO BACK