Virus sarı ağcıqanadların sancması və cinsi yolla ötürülür. Zika virusunun simptomları yüngül qızdırma, baş və oynaq ağrıları konnüktivit və tez keçən səpkidir. Ən çox Braziliyada yayılmış Zika virusu əsasən ensafeliyaya - yeni doğulan körpələrin beyinlərinin natamam inkişafına və kəllə sümüyünün deformasiyasına səbəb olur.ABŞ prezidenti Barak Obama ölkədə Zika virusuna qarşı effektiv mübarizə aparmağa imkan verəcək tədbirlər paketinin qəbul olunması üçün Konqresə təzyiq göstərir. Konqresin “çevik reaksiya” göstərməsini vacib sayan Ağ Ev rəhbəri tədqiqatçıların peyvənd hazırlaması, ştatların isə ağcaqanadlara qarşı profilaktik tədbirləri gücləndirməsi üçün müəyyən vaxta ehtiyac olduğunu vurğulayıb.
Nümayəndələr palatasına artıq kiçik büdcəli qanun layihəsi təqdim olunsa da, Obama ona veto qoyacağını xəbərdar edib. ABŞ liderinin təklif etdiyi proqramın büdcəsi 1.1 milyarda yaxındır.
Mənbə: ANS PRESS