Milli.Az Azvision.Az-a istinadən bildirir ki, bunu Rusiya Strateji İnkişafın Modelləşməsi Mərkəzinin birinci vitse-prezidenti, politoloq Qriqoriy Trofimçuk Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünü şərh edərkən deyib. Onun sözlərinə görə, Rusiyanın əsas istəyi problemi "1994-ci ildəki vəziyyət" adlandırdıqları duruma qaytarmaqdır:
"Azərbaycan üçün bu vəziyyətdən ağır heç nə ola bilməz. Çünki rəsmi Bakı bu vəziyyəti yerindən tərpətmək üçün aprel ayının əvvəlində çoxlu gücdən istifadə edib. ABŞ-ın məqsədi isə aprel ayında cəbhədə yaranan gərgin vəziyyətdən istifadə edərək problemin həllinə ös təsir gücünü daha da artırmaqdır. Rusiya və ABŞ rəsmiləri problemin sülh yolu ilə həllindən danışsalar da, 20 ildən çoxdur ki, bu istiqamətdə heç bir iş görməyiblər.Hazırda rəsmi Moskva öz təsiri ilə gərginliyin genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını ala bilib. Lakin bunun qarşılığında öz üzərinə həll edə bilməcəyi öhdəliklər götürüb. ABŞ isə gözləmə mövqeyində dayanıb".
Rusiya XİN rəhbəri Serqey Lavrovun Vyana görüşündə Sarkisyanın yandında oturmasını siyasi səhv adlandıran politoloq qeyd edib: "Ehtimal ki, bununla müttəffiq ölkə olduqlarını bəyan etymək istəyirdilər. Lakin bunun əsl görünüşü (ABD-da belə hesab edir) odur ki, artıq Rusiya və Ermənistan birgə olaraq hadisələrə cavabdehdilər.Masada boş olan 4-cü yer olduğu üçün orada oturmaq vacib idi. Rəsmi Moskvanın Ermənistanı maksimum dəstəkləməsini nümayiş etdirmək istəyi bundan artıq ola bilməzdi".
"Hesab edilirdi ki, Serj Sarkisyan irəli sürdüyü 3 şərtin yerinə yetirilmədiyi üçün həmkarı İlham Əliyevlə görüşməməlidir. Bundan sonra Sarkisyanın ölkədə və cəmiyyət arasında nüfuzu düşəcəkmi?" sualına politoloq belə cavab verib:
"Artıq Sarkisyanın nüfuzu ölkəsində düşüb. Bundan sonra Sarkisyanın danışıqlar istiqamətində atdığı hər bir adddım milli maraqların satılması kimi qiymətlədiriləcək. Ermənilər üçün Azərbaycan aqresiya nümayiş etdirən tərəf olduğu üçün onlarla danışıqlara gedilməməlidir. Cəmiyyətdə (erməni-red) hesab edilir ki, səni vurublar, sənsə danışıqlar masasına əyləşirsən. Bu, bir çoxları üçün kənardan belə görünür. Ermənistan Azərbaycanın hücumunu dəf etsəydi, öz şərtlərini diktə edərdi. Uduzan tərəf bəllidir.
Mənbə: Milli.Az