Astronomlar iddia edirlər ki, Mars on il ərzində ilk dəfə Yerə maksimum yaxınlaşacaq.
Milli.Az Trend-ə istinadən bildirir ki, qırmızı və mavi planetlər arasında məsafə 76 milyon kilometr təşkil edəcək. Alimlər Marsın yeni, daha dəqiq görüntüsünü almağa ümid edirlər.
Planetlərin bu şəkildə yerləşməsi iyunun 12-dək davam edəcək. Planetlər arasında ən yaxın məsafə mayın 30-da olacaq. Lakin bu rekord deyil, 13 il əvvəl Marsla Yer arasında məsafə 56 milyon kilometrdən az olub. Bu rekord 2018-ci ilin iyulunda təkrar oluna bilər.
Mənbə: Milli.Az