Milli.Az bildirir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanın bütün beynəlxalq təşkilatlarla, o cümlədən BQXK ilə əməkdaşlığa böyük önəm verdiyini deyən B. Muradova bildirib ki, bu əməkdaşlıq həm təşkilatın dəyərlərinə, həm də Azərbaycanın maraqlarına uyğun şəkildə davam edir.
O qeyd edib ki, Ermənistanla təmas xəttində yaşayan Azərbaycan vətəndaşlarının problemlərinin həllində BQXK-nın göstərdiyi səylər təqdirəlayiqdir.
B.Muradova ermənilərin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələyə toxunaraq, bu istiqamətdə BQXK-nın Bakı ofisi ilə birgə göstərilən səylərin daha da artırılmasının vacib olduğu vurğulayıb: " Təəssüflər olsun ki, onların azad edilməsi üçün hələ də ciddi addım atılmayıb".
Y.Sessera isə Azərbaycanla faydalı əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib. O bildirib ki, BQXK münaqişə zonasında yaşayan insanlara köməklik göstərməyə həmişə hazırdır. Y. Sessera Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə həyata keçirdikləri müxtəlif layihələri, ANAMA-nın münaqişə zonasındakı səmərəli fəaliyyətini yüksək qiymətləndirib.
Mənbə: Milli.Az