Qadin.NET / Azərbaycan hərbçiləri Türkiyədə təlimə başladılar

Azərbaycan hərbçiləri Türkiyədə təlimə başladılar

Azərbaycan hərbçiləri Türkiyədə təlimə başladılar
Azərbaycan hərbçiləri Türkiyədə keçirilən hərbi təlimlərdə iştirak edirlər. ANS PRESS-in məlumatına görə, beynəlxalq təlimlər mayın 15-dən iyunun 1-dək Türkiyənin İzmir şəhərində Efes-2016 təlimləri çərçivəsində keçirilir.

İzmirin Seferihisar rayonu Doğanbəy bölgəsində keçiriləcək təlimdə Almaniya, ABŞ, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, Fransa, İspaniya, İtaliya, Yaponiya, Malayziya, Pakistan, Portuqaliya da iştirak edir. 74 ölkədən müşahidəçi dəvət edilib. Təlimlər zamanı müdafiə şirkətləri də məhsullarını nümayiş etdirəcək.Bu il mart ayının 7-də  isə "TurAz Şahini - 2016" təlimləri baş tutub.  Təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri iştirak edib. Şahinlər Türkiyənin Konya şəhərində bir araya gəliblər. İki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən təlimlər martın 25-dək davam edib.

Artıq ikinci dəfə Türkiyədə baş tutan müştərək təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd "MiQ-29" qırıcısı, 3 ədəd "Su-25" hücum və "İl-76" hərbi-nəqliyyat təyyarələri iştirak edib.

Türk Hava Qüvvələri isə təlimlərə həm "F-16", həm də "F-4E 2020" terminator təyyarələri, "Cougar AS532" axtarış-xilasetmə helikopterləri ilə qatılıb.

Mənbə: ANS PRESS

19 may 2016
GO BACK