Qadin.NET / Türkiyənin baş naziri Binali Yıldırım olacaq?

Türkiyənin baş naziri Binali Yıldırım olacaq?

Türkiyənin baş naziri Binali Yıldırım olacaq?
Ədalət və İnkişaf Partiyasının (AKP) Mərkəzi Qərar və İdarəetmə Şurasının toplantısınının nəticələri elan edilib. ANS PRESS-in məlumatına görə, iclasdan sonra B.Yıldırımın AKP-nin sədirliyi postuna namizəd elan edilib. 

İclasdan sonra kürsüyə çıxan nazir may ayının 22-də AKP-nin qurultayı keçiriləcəyini deyib. O, bu posta namizəd olmaqdan böyük qürur hissi keçirdiyini deyib. "Hörmətli sədrimiz, baş nazirimiz Əhməd Davudoğluna bu günə qədər göstərdiyi xidmətlərinə görə, təşəkkür edirəm".

O deyib ki, AKP millətin gələcəyini inşa edən, keçmişi qoruyaraq gələcəyə gedən bir partiyadır. "İn şa Allah keçiriləcək bu konqres ölkəmiz, millətimiz, üçün daha aydın sabahlara vəsilə olacaq".

B.Yıldırım ilk mesajını da verib. O deyib ki, terror bəlasının kökü birdəfəlik kəsiləcək. 

 

Mənbə: ANS PRESS

19 may 2016
GO BACK