Qadin.NET / Əfqanıstanda təyyarə qəzasında həlak olmuş azərbaycanlıların adları bilindi

Əfqanıstanda təyyarə qəzasında həlak olmuş azərbaycanlıların adları bilindi

Əfqanıstanda təyyarə qəzasında həlak olmuş azərbaycanlıların adları bilindi

Qəzanın baş verdiyi yer məlum olub.Qəzada həlak olan azərbaycanlılar haqda hələ də rəsmi məlumat verilmir

"Əfqanıstanda Azərbaycana məxsus təyyarənin qəzaya uğramasının təfərrüatlarını araşdırırıq". Bunu ANS PRESS-ə Azərbaycanın Türkmənistandakı, eyni zamanda Əfqanıstanda da akkreditasiyadan keçən səfirliyindən bildiriblər. "Biz hazırda Türkmənistanda olan Əfqanıstan səfirliyi ilə əlaqə saxlamışıq, onlar da bu məsələ ilə maraqlanırlar. Yaxın zamanda məlumat veriləcək".

Eyni zamanda "Silk Way" şirkətinin rəhbərliyi məsələ ilə bağlı açıqlama verməkdən imtina edərək bu barədə yalnız mətbuat katibi Paşa Kəsəmənskinin danışa biləcəyini vurğuladı.

"Facebook" sosial şəbəkəsində isə artıq həlak olanların yaxınları və dostları statuslar paylaşırlar, fotolar dərc edirlər. 

Mənbə: ANS PRESS

Azərbaycanın "Silk Way" şirkətinə məxsus təyyarə Əfqanıstanın Helmand çayı yaxınlığında Laşkar Gah şəhərində yerləşən "Dwyer" hərbi aeroportundan havaya qalxıb. ANS PRESS-in məlumatına burada ABŞ-ın hərbi dəniz qüvvələri bazası yerləşir.

ANS PRESS-in "Silk Way"də olan mənbələrdən əldə etdiyi məlumata görə, təyyarə Kabul-Bakı reysi həyata keçirirmiş.

19 may 2016
GO BACK