Cavadov Ömər Vüqar oğlu (1,5 yaş)
Kərimova Ayan Anar qızı (5 yaş)
Hüseynov Ayxan Şahin oğlu (2 yaş)
Məhərrəmova Fərəh Elnur qızı ( 2 yaş 7 aylıq)
Bağırov Sahib Rəhim oğlu (46 yaş)
Kərimova Nazilə Malik qızı (39 yaş)
Bağırova Firəngiz Rəhim qızı (60 yaş)
Şirinova Zülfiyyə Yavər qızı (43 yaş)
Nəcəfzadə Yaşar Fazil oğlu (27 yaş)
Eyvazov Davud Hamir oğlu (16 yaş)
Eyvazova Ülkər Hamir qızı (20 yaş)
Həsənova Alla Antonovna (58 yaş)
Utuyevsil Yuri Vladimroviç (67 yaş)
Yəhyayeva Elmira Əliağa qızı (68 yaşlı)
Yanğının baş verməsinə səbəb kimi binanın yanan “poliuretan” materialı ilə üzlənməsi göstərilib.
Hadisədən sonra qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov saxlanılıb.Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Bundan əvvəl isə qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə edən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.
Bu hadisədən sonra paytaxtda eyni materialla üzlənən binaların üzlüklərinin söküntüsü başaladı. Qısa müddət ərzində, demək olar ki, bütün binalarda tezalışan maddədən ibarət olan üzlüklər sökülərək yeni və daha keyfiyyətli üzlüklə əvəz edildi.
Mənbə: ANS PRESS