Milli.Az nazirliyin saytına istinadən bildirir ki, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Kəngərli, Yusifcanlı kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Mənbə: Milli.Az