O, bu barədə "Ркономическая правда" (İqtisadi həqiqət) adlı köşəsində yazıb.
Milli.Az Publika.Az-a istinadən bildirir ki, maliyyə naziri büdcə haqqında düşünməli olduğunu deyib: "Mən imkanlarımızı ayıq başla qiymətləndirməyə çağırıram və xatırladıram ki, "Eurovision" layihəsi üçün əsaslı maliyyə olmalıdır. Milyard qrivna çox böyük məbləğdir".
Nazirin sözlərinə görə, İsveç "Eurovison 2016" müsabiqəsinə 43 milyon dollar, yaxud 1 milyard qrivna sərf edib. O xatırladıb ki, müsabiqənin qaydaları ilə çox yaxşı tanışdır: "Məsələn, 1960-cı ildə Fransa müsabiqənin Böyük Britaniyada keçirilməsini təklif etdi və bu, qəbul olundu. Əgər biz bu müsabiqəni keçirməyə qərar veririksə, onda özümüz üçün müəyyənləşdirməliyik ki, bunu biz niyə edirik və bunun dövlət üçün xeyri nə olacaq".
Mənbə: Milli.Az