Qadin.NET / Beyin təhlükədədir! - Bu simptomlara laqeyd yanaşmayın

Beyin təhlükədədir! - Bu simptomlara laqeyd yanaşmayın

 

Beyin təhlükədədir! - Bu simptomlara laqeyd yanaşmayın

Bəzi bizə adi görünən simptomlar ciddi beyin xəstəliklərinə işarə edə bilər. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu simptomları bilmək və onlar meydana çıxdıqda vaxtında həkimə müraciət etmək çox vacibdir.

 

Bununla siz nəinki sağlamlığınızı, bəzən hətta həyatınızı qoruya bilərsiniz.
1. Tez-tez təkrarlanan baş ağrıları. Bu ən yayılmış şikayətdir. Bəzi insanlar baş ağrılarına alışır və onları ciddi simptom kimi hesab etmir. Lakin bu çox təhlükəli yanılmadır. Tez-tez təkrarlanan baş ağrıları beyin damarlarının patologiyalarına, şişlərə, insultun yaxınlaşmasına işarə edə bilər. Bu səbəbdən baş ağrıları sizi tez-tez narahat edərsə, mütləq həkimə müraciət edin.
2. Əhval-ruhiyyənin səbəbsiz dəyişilməsi. Bu simptom da beyin xəstəlikləri ilə bağlı ola bilər. Bu ruhi xəstəliklərin, Alsheymer xəstəliyinin, dağılmış sklerozun, beyin şişlərinin və bir çox digər beyin patologiyalarının simptomu ola bilər.
3. Yaddaşın, diqqətin pozulması, zehnin zəifləməsi. Bu simptom Alsheymer xəstəliyi, dağılmış skleroz, beyin damarları patologiyaları, şişlər, ruhi xəstəliklər zamanı meydana çıxa bilər.
4. Davranışın və şəxsiyyətin pozulması. Bu ruhi xəstəliklərin, qocalıq demensiyasının (ağıl zəifliyi), Alsheymer və Parkinson xəstəlikləri, damar patologiyaları.
5. İybilmənin, dadbilmənin, görmənin, müvazinətin pozulması. Bu pozulmalar beyin şişləri zamanı mümkündür. Şiş beyinin müəyyən hissəsini sıxır ki, bu da müxtəlif pozulmalara səbəb olur. Həmçinin bunun səbəbi travma, infeksiya da ola bilər.
6. Qıcolmalar. Bu simptomun əsas səbəblərindən biri epilepsiya xəstəliyidir. Digər səbəblər arasında -   beyin intoksikasiyaları, psixi pozulmalar, bəzi vacib maddələrin çatışmamazlığı, ağır susuzlaşma, istivurma, beyin şişləri ola bilər.
7. Bədənin hər hansı hissəsinin keyiməsi. Bunun səbələri arasında: insult, beyin şişləri, travmalar ola bilər.
8. Bayılma (özündən getmə). Bunun səbəbi beyin şişləri, beyin damarlarının aterosklerozu, mikroinsult, nevroz ola bilər.
9. Ürəkbulanması. Bu simptom bir çox beyin patologiyaları zamanı meydana çıxır. Bunun səbəbləri arasında: ensefalit, damar patologiyaları, beyin şişləri, psixi pozulmalar ola bilər.
10. Yuxu pozulmaları. Nevroz, nevrasteniya, psixi pozulmalar, intoksikasiyalar, damar patologiyaları zamanı mümkündür.

Mənbə: Milli.Az

19 may 2016
GO BACK