Onun sözlərinə görə, İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həll edilməsinin tərəfdarıdır.
Səfir qeyd edib ki, iki ölkə arasında əlaqələr bütün istiqamətlər üzrə inkişaf edir: "İsrail müstəqilliyini əldə etdiyi gündən Azərbaycanın dostudur. Ölkənizlə tərəfdaşlığa xüsusi önəm veririk. Azərbaycan müxtəlif etnik qrup və dinlərin bir yerdə dinc şəraitdə mövcudluğunun nümunəsidir".
Mənbə: Milli.Az