Qadin.NET / AKP-nin yeni sədri sabah bilinəcək

AKP-nin yeni sədri sabah bilinəcək

AKP-nin yeni sədri sabah bilinəcək
Xəbər verdiyimiz kimi, Türkiyə baş naziri Əhməd Davudoğlu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri vəzifəsindən istefa verib.Qafqazinfo-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, AKP-dən olan Nurəddin Canikli 4 nəfərlik heyətin mayın 19-da saat 14:00-da yeni sədrin adını açıqlayacağını bildirib.

Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğanın bu vəzifəyə gətirəcəyi şəxslər arasında 4 nəfərin adı çəkilir: Ərdoğanın kürəkəni Berat Albayrak, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım, ədliyyə naziri Bəkir Bozdağ və hökumətin sözçüsü Numan Kurtulmuş.

Mənbə: Milli.Az

18 may 2016
GO BACK