Qadin.NET / Sarkisyan Vyana görüşündə öhdəlik götürüb?

Sarkisyan Vyana görüşündə öhdəlik götürüb?

Sarkisyan Vyana görüşündə öhdəlik götürüb?
Vyanadan qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verən Serj Sarkisyanın "qələbə düzgün söz deyil" sözləri Ermənistanda ziddiyyətli qarşılanıb.

Milli.Az Publika.Az-a istinadən bildirir ki, S.Sarkisyan "qələbə sözü düzgün olmayan təyindir, biz sadəcə, üzərimizə düşən vəzifəni yerinə yetirdik desək, daha doğru olar" deyib.
 
Daha sonra o, rəsmi şəkildə etiraf edib ki, Azərbaycan Ordusu 800 hektar ərazini işğaldan azad edib. Lakin dəqiq informasiyaya görə, azad olunan ərazilər 2 min hektardır. 
 
Erməni jurnalist Yeqiazar Ayntabsi "Vyana görüşündən sonra Sarkisyan qələbə sözündən imtina edərək, niyə geri çəkildi?" sualını gündəmə gətirib.
 
"Vyanada nə dəyişdi?" deyə o bildirir. Axı Sarkisyan "dördgünlük müharibə"dən sonra "biz qalib gəldik" deyə açıqlamalar verirdi.
 
"Görünür, Vyanada ciddi proseslər baş verib və Sarkisyan "qələbə" sözündən imtina edərək, Ermənistan cəmiyyətini sabahkı reallığa hazırlayır. Əgər erməni əsgərləri qələbə çalmayıblarsa, deməli, məğlub olublar. Bunun orta qiymətləndirməsi yoxdur. Bəlkə də o, Vyanada ciddi öhdəliklər götürüb və indidən ictimaiyyəti güzəştlərə hazırlayır", - deyə erməni jurnalist qeyd edib.

Mənbə: Milli.Az

 

18 may 2016
GO BACK