Qadin.NET / "Facebook"da problem yaranıb

"Facebook"da problem yaranıb

"Facebook"da problem yaranıb
Sosial şəbəkə nəhəngi "Facebook"da mayın 18-i səhər saatlarından başlayaraq problem yaranıb. ANS PRESS-in məlumatına görə, "Facebook"dakı səhifələrin çökməsi səbəbindən səhifə sahiblərinin paylaşım etməsi mümkünsüz olub.

Hazırda şirkət yaranmış nasazlığı aradan qaldırmaq üçün işlər aparır. "Facebook"da yaranan qlobal problem nəticəsində çoxsaylı media qurumu və şirkətlər sosial şəbəkədə paylaşım edə bilmir.

Sözügedən  problem şəxsi səhifələrdə yaşanmayıb və mobil telefondan giriş edənlər də bu nasazlıqla üzləşməyiblər.

"Facebook"da problem yaranıb

Problemin hansı səbəbdən ortaya çıxması haqqında hər hansı bir məlumat verilmir."Facebook"da paylaşım etmək istəyən səhifə adminlərinə "Statusun yenilənməsində problem var, xahiş edirik bir neçə dəqiqədən sonra cəhd edin", - deyə avtomatik bildiriş gəlir.

Mənbə: ANS PRESS

18 may 2016
GO BACK