Qadin.NET / Bakıda akrobatika üzrə açıq birincilik start götürdü

Bakıda akrobatika üzrə açıq birincilik start götürdü

Bakıda akrobatika üzrə açıq birincilik start götürdü
Bu gün Bakı Gimnastika Məktəbində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr edilmiş akrobatika üzrə açıq birincilik start götürüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, birincilikdə Bakı Gimnastika Məktəbi, "Ocaq" və "Neftçi" idman klublarını, eləcə də Bakının Nizami rayonunun İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Məktəbini təmsil edən 60 gimnast iştirak edir.

Qaliblər müxtəlif yaş kateqoriyalarında balans və dinamik tapşırıqlarda cütlüklər və qrup çıxışlarında müəyyən ediləcək.

Mənbə: Milli.Az

 

18 may 2016
GO BACK