Qadin.NET / Ukrayna bayrağını dəyişəcək?

Ukrayna bayrağını dəyişəcək?

Ukrayna bayrağını dəyişəcək?
Ukrayna prezidenti Pyotr Poroşenkoya dövlət bayrağının rənglərini dəyişməyi təklif edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, müvafiq petisiya dövlət başçısının saytında qeydə alınıb.

"Dövlət bayrağının rənglərinin "göy səma" və "qızıl zəmi" kimi izahı çox bəsitdir", - deyə petisiyanın müəllifi Nadejda Kaşitskaya bildirib.
 
Onun sözlərinə görə, bayrağın rəngləri, əslində, iki ünsürü - od və suyu simvolizə edir. Nadejda Kaşitskaya hesab edir ki,  dövlət bayrağının rənglərinin hazırkı ardıcıllığı - "göy - yuxarıda, sarı - aşağıda" nizamlılığın pozulması, faciə, "su  odu söndürür" mənası verir. Kaşitskaya dövlət bayrağında rənglərin ardıcıllığını dəyişməyi, yəni  "sarının - yuxarıda, göyün isə - aşağıda" olmasını təklif edib. Petisiyanın müəllifi iddia edir ki, məhz belə ardıcıllıq əbədi simmetriyanı - qeyd olunan ünsürlərin ilahi harmoniyasını əks etdirir.  
 
Təklifə Poroşenko tərəfindən baxılması üçün petisiyanı 25 min nəfər dəstəkləməlidir.   

Mənbə: Milli.Az

 

18 may 2016
GO BACK