Qadin.NET / Putindən növbəti Qarabağ addımı

Putindən növbəti Qarabağ addımı

Putindən növbəti Qarabağ addımı
Rusiya prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə müzakirələr aparıb. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.Onun sözlərinə görə, Putin həmçinin ölkə daxilində mövcud olan aktual məsələləri müzakirə edib.

“İclas iştirakçıları Vyanada baş tutan Azərbacycan və Ermənistan prezidentlərinin görüşü kontekstində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə fikir mübadiləsi aparıblar”, - Peskov deyib.

Putinin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan müzakirələrin detalları barədə başqa məlumat verilməyib.

Peskovun sözlərinə görə, toplantıda həmçinin bu həftə keçirilməsi nəzərdə tutulan Rusiya-АСЕАН sammitinə hazırlıq müzakirə edilib

Aprel ayının əvvəllərində baş vermiş “4 günlük müharibə”dən sonra ABŞ və Rusiya Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artırıblar. ABŞ-ın dövlət katibi Con Kerri məlum müharibədən sonra Rusiya xarici işlər nazirinə 6 dəfə zəng vuraraq Qarabağ münaqişəsini müzakirə edib.Daha sonra ötən gün Azərbaycan və Ermənistan prezidentlərinin Avstriyanın paytaxtı Vyanada görüşü baş tutub. Görüşdə ATƏT-in Minsk qrupunun həmsdərləri, Con Kerri, Sergey Lavrov və Fransa xarici işlər naziri Jan-Mark Eyro iştirak edib.

Gərgin keçən danışıqlardan sonra Sergey Lavrov jurnalistlərə məlumat verib ki, İlham Əliyev və Serj Sarkisyan iyun ayında Dağlıq Qarabağ münaqişəsinin yekun həlli üçün növbəti görüşün yeri və vaxtı ilə bağlı razılığa gələcək.

Mənbə: ANS PRESS

17 may 2016
GO BACK