Müəllif yazıb ki, münaqişə bölgəsinə yaxın ərazilərdən dünya bazarına neft və qaz ixrac edən boru kəmərləri keçir. Dağlıq Qarabağda münaqişənin gərginləşməsi müəllifin narahatlığına əsaslar olduğunu göstərir. Azərbaycan qeyri-sabit bir regionda yerləşməsinə baxmayaraq müstəqillik əldə etdikdən sonra dünyanın ən böyük qaz və neft layihələrini həyata keçirib.1994-cü il sentyabrın 20-də Azərbaycan neftinin Xəzər dənizindənTürkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəql etmək üçün Bakı – Tiflis – Ceyhan kəmərinin tikintisi ilə bağlı razılıq əldə olunub. Uzun müddət aparılan tikintidan sonra Azərbaycan neftini daşıyan ilk tanker Ceyhandan 2 iyun 2006-cı ildə yola düşüb.
Bundan başqa, Azərbaycan Bakı-Supsa, Bakı-Novorossiysk neft kəmərləri, həmçinin Bakı-Tiflis -Ərzurum qaz kəməri layihələrini həyata keçirib.
Regionda Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya münaqişələrinin hələ də qaldığı dövrdə Azərbaycan Bakı-Tiflis- Qars dəmir yolu və Cənubi Qaz Dəhlizi layihələrini uğurla həyata keçirir. Bu layihələri Azərbaycanla bərabərABŞ, Avropa Birliyi, Türkiyə və digər maraqlı dövlətlər dəstəkləyir.Həmin dövlətlər də regionda vəziyyətin hər an kəskinləşə biləcəyini başa düşürlər. Aprelin əvvəlində cəbhə xəttində yaşanan gərginlikdən sonra bu eskalasiyanın xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verməsinin daha real oduğunu göstərir. Çünki Azərbaycan 4 gün ərazində işğal altında olan torpaqları azad etməyə hazır olduğunu göstərdi. Belə bir vəziyyətdə isə regiondakı neft və qaz layihələrinin təhlükəsizlik təminatı gündəmə gəlir.Neft Araşdırmaları Mərkəzinin rəhbəri, neft üzrə ekspert İlham Şaban ANS PRESS-ə açıqlamasında bildirdi ki, hərbi münaqişələr boru kəmərləri üçün daima təhlükə yaradır. Ekspertin sözlərinə görə, Azərbaycanda boru kəmərlərinin əksəriyyəti Goranboy rayonunun ərazisindən keçir.
“Bu rayon münaqişə bölgəsinə həm hava, həm də quru yolu ilə ən yaxın ərazidə yerləşir. Hava yolu ilə rayon və cəbhə xətti arasında məsafə təxminən 13-14 kilomertdir. Qarşı tərəfin ağır silahlardan istifadə etməsi boru kəmərlərinə təhlükə yarada bilər. Ümumiyyətlə, kəmərlər 1 metrdən çox dərinlikdə yerləşdirilir. Amma bu yaxınlarda qarşı tərəfin atdığı mərmi torpaqda 1 metrdan də dərin dəlik açmışdı. Bu isə kəmərlərə birbaşa təhlükə yaradır”, -deyə ekspert bildirdi.
Mənbə: ANS PRESS