ANS PRESS-in məlumatına görə, institutun direktoru Gavin Şmidt verdiyi açıqlamada 2016-cı ilin aprel ayının 1880-ci ildən bu yana orta hesabla ən isti dövr olduğunu bildirib. O, bundan əvvəl ən yüksək temperatur göstəricilərinin 2014-2015-ci illərdə qeydə alındığını da əlavə edib.
Ötən ilin dekabrında Fransanın paytaxtı Parisdə keçirilən 21-ci BMT İqlim Dəyişikliyi Tərəflər Konfransında (COP21) 196 ölkə qlobal orta temperatur artımı məhdudiyyətinin 1,5 ilə 2 dərəcə arasında məhdudlaşdırılmasını ehtiva edən sənəd üzərində razılığa gəlib.
22 apreldə BMT İqamətgahında dövlət və hökumət başçılarının da iştirakı ilə təntənəli imzaya açılan sənəd bu günə qədər ümumilikdə 175 ölkə tərəfindən təstiq olunub.
Ümumiyyətlə, 2016-cı ildə qıtlıq, xəstəliklərin milyonlarla insana ziyan vuracağı iddia edilir. Bütün bunlara "El Ninyo" cərəyanının təsiri səbəb olacaq. Cərəyan qlobal iqlimə olduqca böyük təsir göstərəcək. Qlobal istiləşməyə səbəb olan "El Ninyo" 2015-ci ili tarixin ən qızmar ili kimi tarixə salmışdı. 2016-cı ildə isə onun öz təsirini daha da artıracağı proqnozlaşdırılır. "El Ninyo" cərəyanı Sakit okeanın çox qızması nəticəsində okean suyunun səthində yaranır. Hər 3-7 ildən bir təkrarlanan cərəyan su səthinin isinməsi ilə özünü göstərir.
Mənbə: ANS PRESS