"Bu danışıqlar mümkün olan ən tez bir zamanda başlamalı və regionun əhalisi və beynəlxalq ictimaiyyətin çoxdan gözlədiyi əsaslı nəticələr hasil edilməlidir".
Ötən gün prezidentlərin görüşü ilə bağlı jurnalistlərə açıqlama verən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, İlham Əliyev və Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə müzakirələr aparmaq üçün növbəti görüşün yeri və vaxtı barədə razılığa gələcəklər.
Lavrovun sözlərinə görə, Əliyev və Sarkisyan iyun ayında Qarabağ münaqişəsinin yekun həlli üçün iyunda növbəti görüşün yeri və vaxtı ilə bağlı razılığa gələcək.
"Bu gün Avstriyanın paytaxtında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Azərbaycan və Ermənistan prezidentlərinin 3+2 formatında görüşü, həmçinin Suriyaya Dəstək Beynəlxalq Qrupunun iclası keçirilib. Danışıqların iştirakçıları regionda 1994-95-ci il sazişi formatında atəşkəsə əməl olunacağına dair razılığa gəliblər", - Lavrov bildirib.