Qadin.NET / Sarkisyan Qarabağda itirdikləri torpaqdan danışdı

Sarkisyan Qarabağda itirdikləri torpaqdan danışdı

Sarkisyan Qarabağda itirdikləri torpaqdan danışdı
“Erməni tərəfi apreldə Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi nəticəsində Dağlıq Qarabağın ətrafındakı təhlükəsizlik zonasında 800 hektar ərazi itirib, lakin insanları qorumaq daha vacib idi və erməni hərbçilər bu vəzifənin öhdəsindən gəldilər”.

ANS PRESS-in məlumatına görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan Vyanadakı danışıqlardan sonra bildirib. 

“Ermənistan qüvvələri təhlükəsizlik zonası qismində 800 min hektara malik idilər, 800 hektarı itirdilər. Strateji baxımdan həmin ərazilər heç bir əhəmiyyətə malik deyillər, psixoloji nöqteyi-nəzərdən azərbaycanlılar öz xalqlarını əmin edə bilərlər ki, hansısa nəticəyə nail ola biliblər”, - S.Sarkisyan belə deyib.

Onun sözlərinə görə, Ermənistan hərbçiləri "status-kvonu" bərpa edə bilərdilər. "Bu, seçim sualı idi. Amma bu 800 hektara görə, bizə gələcəkdə lazım olacaq insanları itirməyə dəyərdimi? Mən bizim cəbhəni yarmağa imkan verməmək və qarşı tərəfin planlarını alt-üst etmək məsələsini qoymuşdum".

Eyni zamanda S.Sarkisyan qeyd edib ki, Vyanadakı görüşdə Azərbaycan prezidenti İlham Əliyev erməni tərəfini apreldə hərbi əməliyyatların başlanmasında günahlandırıb.

O həmçinin bildirib ki, Azərbaycan sərhədyanı insidentlərin təhqiqatı üzrə mexanizmlərin tətbiqi ilə bağlı təklifə razılıq verib.

Mənbə: ANS PRESS

17 may 2016
GO BACK