Milli.Az news.am-a istindən bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqların dalana dirənib-dirənmədiyi barədə sualı cavablayarkən S.Sarkisyan deyib:
"Bizim də məqsədimiz elə bunu müəyyənləşdirmək, situasiyadan çıxış yolu kimi müharibədən savayı vasitənin olub-olmadığını dəqiqləşdirmək, problemin az itkilərlə həll imkanlarını qaldığını bəlirləmək idi. Görüşün nəticələri məqbuldur. Ümumiyyətlə, mən razıyam. Bir neçə şərtdən çıxış edərək təfərrüatlara və detallara müraciət etməyə lüzum görmürəm. Lakin bizə deyildi ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli ifrat dərəcədə arzuolunmazdır. Müharibə problemdən çıxış yolu deyil. Görək hadisələr necə inkişaf edəcək. Təbii ki, əsas məqsədimiz və istəyimiz Dağlıq Qarabağ münaqişəsinin dinc yolla çözülməsidir".
Mənbə: Milli.Az