Skaparrottinin sözlərinə görə, Rusiya bütün beynəlxalq normalara meydan oxuyaraq, təcavüzkar siyasətini davam etdirir. Elə bu səbəbdən NATO Rusiya ilə hərbi əməkdaşlıqdan imtina edib.
Skaparrotti Rusiyanın təcavüzkar siyasətini hədəf alan açıqlamasına Moskvadan cavab gəlib. Rusiya müdafiə naziri Sergey Şoyqu, NATO-nun Rusiya sərhədindəki qüvvələrini artırmaq cəhdləri qarşısında cavab tədbirlərinin görüləcəyini bildirib. İkisi ölkənin qərbində, biri cənubunda olmaqla üç yeni hərbi diviziyanın yaradıldığı məlumatını verən Şoyqu, daha çox detal haqqında məlumat verməyib.Lakin rus mənbələrinin verdiyi məlumata görə, yaxşı silahlanmış NATO qoşunlarına qarşı sürətli köçürülə bilən mobilizə kiçik hərbi birliklərlə müdafiə xətti yaradılıb. Müasir mexanikləşdirilmiş piyadalar, tank, panzer, zenit raketləri, topçu alayları, kəşf və elektron hərb daxil olmaqla bir çox fərqli tabur bir-birini dəstəkləyəcək şəkildə üç sahədə yer alacaq.
Mənbə: ANS PRESS