4 günlük müharibədən sonra ilk görüş başladı
Aprel ayının əvvəllərindən baş verən 4 günlük müharibədən sonra Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Avstriyanın paytaxtı Vyanada görüşüb.
ANS PRESS-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, görüşdə ATƏT-in Minsk qrupunun həmsdərləri, ABŞ dövlət katibi Con Kerri, Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro iştirak edir.
Mənbə: ANS PRESS